abs-da-xam-neft-ehtiyatlarinin-artmasi-qiymetlere-tezyiq-gosterir

ABŞ-da xam neft ehtiyatlarının artması qiymətlərə təzyiq göstərir

ABŞ-da özəl sektor məlumatlarına görə, xam neft ehtiyatları artıb. Bu artım neft qiymətlərinə təzyiq göstərir.

İnsider.az xəbər verir ki, Amerikan Neft İnstitutunin (API) hesabatına görə, ABŞ-da xam neft ehtiyatları keçən həftə 8.63 milyon barel artıb. Ehtiyatların 1,2 milyon barel azalması gözlənirdi. Neft ehtiyatlarına dair rəsmi məlumatlar Çərşənbə günü açıqlanacaqdır.

Dünən Yəməndən Səudiyyə Ərəbistanının neft nasos stansiyalarına dron ilə hücum edilmişdi. Dünyanın ən böyük neft ixracatçısı ölkələrarası ana neft kəmərini müvəqqəti bağlamaq məcburiyyətində qalmışdı.Hücumdan sonra neft qiymətləri yüksəlmişdi.

Bakı vaxtı ilə saat 10:15-də Brent nefti 0,4% ucuzlaşma ilə 70,98 dollardan alıcı tapıb. Qərb Texas neftinin (WTI) qiyməti 0.7% düşərək 61.33 dollara geriləyib.

©Marja