abs-dan-rusiyaya-qadaga

ABŞ-dan Rusiyaya QADAĞA

ABŞ Xəzinədarlığı bazar ertəsi günündən etibarən Rusiyanın ABŞ maliyyə institutlarındakı hesablarından dollarla ifadə olunan borcuna görə hər-hansı ödəniş etməyi qadağan edəcək.

“Bu gün Rusiya üçün borc üzrə növbəti ödəniş etmək üçün son tarixdir”, - ABŞ Maliyyə Nazirliyinin sözçüsü bildirib.

O qeyd edib ki, Rusiya qalan dollar ehtiyatlarını tükətmək, yeni gəlir əldə etmək və ya defolt arasında seçim etməlidir.

Qərb ölkələri fevralın sonundan etibarən Rusiyanın təxminən 300 milyard dollar ehtiyatını bloklayıblar ki, bu da Rusiyanın ümumi ehtiyatlarının təxminən yarısıdır (təxminən 640 milyard dollar).

Oxu.Az