abs-de-butun-ucuslar-dayandirildi-foto

ABŞ-də bütün uçuşlar dayandırıldı - FOTO

ABŞ-də ölkə miqyasında bütün uçuşlar dayandırılıb.

Buna Federal Aviasiya Administrasiyasının (FAA) kompüter sistemindəki nasazlığın səbəb olduğu bildirilir.

Bu barədə FAA-nın “Twitter” hesabında açıqlama verilib.

“Federal Aviasiya Administrasiyası hava missiyaları bildiriş sisteminin bərpası üzərində işləyir. İndi biz son yoxlamaları aparırıq, həmçinin sistemin yenidən yüklənməsini həyata keçiririk. Milli hava məkanı sistemindəki əməliyyatlarda problemlər yaranıb. Biz yeniliklər barədə tez-tez məlumat verəcəyik”, - deyə məlumatda qeyd edilib.

Həmçinin bildirilib ki, bu gün (11 yanvar) ABŞ hava limanlarından ümumilikdə 21 464 uçuş planlaşdırılır.

Bu reyslərdə, demək olar ki, 2,9 milyon yer nəzərdə tutulub ki, bu da nasazlığın miqyasını göstərir.