ABŞ-ın 48 ştatının, o cümlədən Kolumbiya və Puerto-Riko dairələrinin baş prokurorları “Google”-a qarşı antiinhisar istintaqa başlamaq üçün birləşiblər. İstintaqa Texasın baş prokuroru Ken Pakston başçılıq edəcək.
İnsider.az bu barədə “Business Insider”-ə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, istintaq “Google”-un reklam biznesi üzərində cəmlənəcək.
“İstintaq məkəmə prossesi deyil. Biz sadəcə faktları təyin etmək istəyirik: reklamdan başlayacağıq, sonra isə işin hara gedib çıxacağına baxacağıq”, - Pakston deyib.
Qeyd edək ki, “Google” və “Facebook”-a qarşı mümkün istintaqlar barədə bu ilin sentyabrın əvvəlində “The Wall Street Journal” qəzeti yazmışdı.
Samirə Məmmədova