Federal Ticari Komissiyası “Amazon” və “Facebook”-a, ABŞ Ədliyyə Nazirliyi isə “Apple” və “Google” qarşı antiinhisar yoxlama başlamağı planlaşdırır. İnsider.az bu barədə “Reuters”-ə istinadla məlumat verir.
Qurumlar hələ ki, bu prosedura başlanılacağına qərar verməyiblər, çünki nəticələri tez əldə etmək mümkün deyil. Keçən dəfə “Google”-un yoxlanması iki il çəkib.
Qeyd edək ki, açıqlanan yoxlama xəbəri ilk deyil. Daha öncə iyunun 1-i "The Wall Street Journal" qəzeti də ABŞ Ədliyyə Nazirliyinin "Google"-a qarşı antiinisar araşdırma başlayacağını xəbər verib.
Samirə Məmmədova