ABŞ-ın dövlət borcu rekord həddə - 26 trilyon dollara çatıb.
İnsider.az xəbər verir ki, tarixdə ilk dəfə ABŞ-ın dövlət borcu hökumətin koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq səyləri ilə əlaqədar olaraq 26 trilyon dolları keçib.
“May ayının 5-dən etibarən dövlət borcu 1 trilyon dollar artıb. Aprelin 7-də borc 24 trilyon təşkil edib. Donald Tramp Ağ Evə rəhbərlik etdiyi andan bəri dövlət borcu 6 trilyon dollar artıb”, - deyə ABŞ Maliyyə Nazirliyinindən bildirilib.
Oxu.Az