abs-in-en-boyuk-musiqi-aletleri-magazasi-iflas-bayragini-qaldirdi

ABŞ-ın ən böyük musiqi alətləri mağazası iflas bayrağını qaldırdı

ABŞ-ın ən böyük musiqi alətləri mağazası olan Guitar Center şənbə günü iflas müraciətini edib.

ABŞ-ın ən böyük musiqi alətləri mağazası olan Guitar Center, müştərilərinin koronavirus epidemiyası ilə əlaqədar internet üzərindən alış - verişi seçməsilə şənbə günü ABŞ-ın Müflisləşmə qanunun 11-ci maddəsinə görə iflas müraciətini edib. 

İnsider.az xəbər verir ki, hal-hazırda borclu olduğu şirkətlərlər ilə 375 milyon dollarlıq borcun restrukturizasiyası danışıqlarını aparan Guitar Center, daha 335 milyon dollar da borclanmaq istəyir.

Guitar Center 1959-cu ildə Wayne Mitchell tərəfindən qurulub. 1980-ci illərdə məşhur gitaristlər ilə marka razılaşmaları edən Guitar Center 2000-ci illərdən sonra müxtəlif festival, konsert və fəaliyyətlərə sponsor olaraq ABŞ-dakı ən böyük musiqi alətləri şəbəkəsi mövqeyini tutub. 

Marja