ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ölkədə xam neft istehsalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 101 min barel artıb.
İnsider.az verir ki, 22-28 Fevral həftəsində dünyanın ən böyük xam neft istehsalçısı ABŞ-da təxminən 13,1 milyon barel gündəlik istehsal ilə yeni bir rekord qırılıb.
ABŞ-ın gündəlik orta xam neft istehsalı sonuncu dəfə 4-10 Yanvar həftəsində 13 milyon barelə çataraq rekord qırmışdı.
Ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatları keçən həftə 800 min barel (0,2%) artaraq 444,1 milyon barelə çatıb.