ABŞ Prezidenti Donald Tramp, ABŞ vatandsaşlarının "WeChat", "TikTok" ya da hər hansı bir Çinli sahibi olan tətbiq ilə "milli təhlükəsizliyə risk yaratdıqları səbəbi ilə" biznes əlaqələri qurmalarını qadağan edən sərəncam imzalayıb.
Sərəncamın ardından Çinli texnologiya şirkətlərinin səhmləri və bir çox Asiya şirkətinin səhmləri ucuzlaşıb. "WeChat"ın operatoru "Tencent Holdings"in səhmləri 10%-dən çox dəyərdən düşüb.
Qadağa hücumunun ardından iki ölkə arasında gərginlik daha da dərinləşib.
-Yaponiyanın Topix İndeksi - 0.5% geriləyib.
-Honq Konqun Hang Seng İndeksi - 2.3% geriləyib.
-Şanxay İndeksi 1.5% geriləyib.
-S&P/ASX 200 İndeksi 0.7% düşüb.
Marja