abs-in-natcez-seher-rehberliyi-ehalinin-sayini-artirmagi-planlasdirir

ABŞ-ın Natçez şəhər rəhbərliyi əhalinin sayını artırmağı planlaşdırır

ABŞ-ın Mississippi ştatında yerləşən Natçez şəhəri məsafədən işləyənlərin oraya köçməsi üçün onlara pul verəcək. Bununla yerli hökumət əhali sayını artırmağı planlaşdırır.

İnsider.az “Independent”ə istinadən xəbər verir ki, hazırda Natçezdə 15 min nəfər yaşayır.

“Shift South” proqramı şəhərə köçmək üçün 2 500 dollaradək maliyyə yardımı və yeni məkana uyğunlaşmaq üçün yaşayışın ilk ilində aylıq 300 dollar müavinət verilməsini nəzərdə tutur.

Amma Natçezə köçmək üçün bir sıra şərtlər var. Bu istəkdə olanlar ştat xaricində işə sahib olmalı və məsafədən işləməli, şəhərdə azı 150 min dollara ev alıb azı bir il orada yaşamalı və Natçezdəki əmlakı əsas yaşayış yeri kimi qeyd etməlidirlər.

REPORT