Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (26-30 sentyabr) yekunlarına görə, ABŞ-da neft ehtiyatları artıb.
İnsider.az-ın API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 401 min barel artaraq 429,1 mln. barel təşkil edib.
Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 2,488 mln. barel azaldılması gözlənilirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızılın" qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
© APA