ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 5,7 milyon barel (1,1%) artaraq 539,2 milyon barelə yüksəldiyini açıqlayıb.
İnsider.az xəbər verir ki, bazar proqnozu ehtiyatların 3,1 milyon barel azalacağı istiqamətində idi. Ölkənin xam neft ehtiyatları bir əvvəlki həftə 7,2 milyon barel azalmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 0,6 milyon barel artımla 656 milyon barelə çatıb.
ABŞ-ın gündəlik xam neft istehsalı da 27 İyun- 3 İyul dövründə 36 min barel artımla təxminən 11 milyon barel səviyyəsində reallaşıb. Bu rəqəm, 22-28 Fevral dövründə 13,1 milyon barel ilə ən yüksək səviyyəsinə çatmışdı.
ABŞ-ın gündəlik orta xam neft istehsalının bu il 11,6 milyon vedrə olacağı gözlənilir.
Marja