abs-in-xam-neft-ehtiyatlari-azalib

ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 6,9 milyon barrel (0,6 faiz) azalaraq 416,1 milyon barrelə gerilədiyini açıqlayıb. "Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 2,8 milyon barrel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 4,8 milyon barrel azalma qeyd etmişdi.

İnsider.az xəbər verir ki, Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə dəyişməyib və 644,8 milyon barreldə qalıb.

ABŞ-ın benzin ehtiyatları ötən həftə 0,7 milyon barrel (0,3 faiz) azalaraq 228,9 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 0,87 milyon barrel azalma idi. Benzin ehtiyatları əvvəlki həftə 2,4 milyon barel azalmışdı.

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 108 min barrel azalma ilə 6,72 milyon barrelə geriləyərkən, ixracı isə gündəlik orta hesabla 234 min barel artımla 3,29 milyon barelə yüksəlib. 

NEFT HASİLATI

Bu dövrdə ölkədə xam neft istehsalı dəyişməyib. 31 Avqust - 6 Sentyabr həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik orta hesabla 12,4 milyon barrel səviyyəsində olub.

©Marja