ABŞ-ın xarici ticarət kəsiri mayda 55.5 milyard dollar ilə ilin ən yüksək səviyyəsinə qalxıb.
ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, may ayında ölkənin xarici ticarət kəsiri 8.4% artımla 55.5 milyard dollara yüksəlib.
İnsider.az xəbər verir ki, aprel ayı göstəricisi isə 50.8 milyard dollardan 51.2 milyard dollara dəyişdirilib.
İxrac 2 faiz artımla 210.6 milyard dollara yüksəlib, idxal 3.3% artımla 266.2 milyard dollar təşkil edib.
Çinlə ticarət kəsiri 12.2% artaraq 30.2 milyard dollara yüksəlib, Meksika ilə ticarət kəsiri 18.1% artımla 9.6 milyard dollar olaraq, rekord qırıb.
ABŞ ilə Çin arasındakı ticarət gərginliyi ticarət kəsirində "dalğalanmalara" səbəb olur.
©"Marja"