ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İran Milli Bankına sanksiya tətbiq etdiyini açıqlayıb.
İnsider.az xəbər verir ki, Tramp, "Bu sanksiyalar bu ana qədər İrana tətbiq olunan ən yüksək sanksiyalardır" - deyib.
ABŞ Prezidenti Donald Tramp, İrana tətbiq ediləcək yeni sanksiyaları 48 saat içərisində açıqlayacaqlarını bildirmişdi.
ABŞ və İran arasında uzun müddətdir davam edən gərginlik, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun obyektlərinə təşkil olunan hücumların ardından artıb. ABŞ, bu hücumların arxasında İranın olduğunu iddia edir.
© Marja