ABŞ Avropa İttifaqının Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) bərpa etmək üçün təklif etdiyi saziş layihəsinə dair İranın şərhlərinə cavab olaraq Tehranın bütün əlavə tələblərini rədd edib.
ABŞ İranda uranın zənginləşdirilməsi səviyyəsinin 4%-i (2015-ci ildə İranın nüvə sazişinə uyğun olaraq uranın zənginləşdirilməsinə icazə verilən səviyyə 3,67%-dir) ötməməsində israra davam edir.
Bundan əlavə, ABŞ-ın cavabında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin müfəttişlərinə İranın nüvə obyektlərinə maneəsiz girişin təmin edilməsi tələbi yer alır.
Oxu.Az