ABŞ-ın ÜDM göstəriciləri 2021-ci ilin ortalarına COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıdacaq və yaxın beş ildə iqtisadiyyatın orta artım tempi 2,5% təşkil edəcək.
Bu barədə ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozlarında deyilir.
2021-ci ildə ölkədə ÜDM-in artım tempinin 3,7% təşkil edəcəyi gözlənildiyi halda, 2022-ci ildə bu göstəricinin 2,2%-ə, 2023-cü ildə isə 2,2%-ə enəcəyi ehtimal olunur.
Proqnozlar ABŞ-ın əmək bazarında tədricən yaxşılaşacaq vəziyyət əsasında qurulsa da, işsizlik COVID-19 pandemiyasından əvvəlki səviyyəyə yalnız 2024-cü ildə qayıdacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2020-ci ildə ABŞ-da ÜDM istehsalı 2,5% azalıb, ortalama işsizlik səviyyəsi isə 8,1% təşkil edib.
APA