ABŞ-ın Ədliyyə Nazirliyi texnologiya bazarının lideri olan şirkətin fəaliyyətini araşdırmağa başlayıb.
İnsider.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məqsəd onlayn platformaların antiinhisar qanunvericiliyini pozub-pozmadığını müəyyən etməkdir.
"Antiinhisar Komitəsi aparıcı onlayn platformaların bazarda nə dərəcədə dominant mövqe tutduğunu, onların rəqabətin zəifləməsinə, yeniliklərin qarşısının alınmasına və istehlakçılara digər zərər verməyə yönəlmiş fəaliyyətlə məşğul olub-olmadıqlarını araşdırır", - deyə açıqlamada qeyd olunub.
Qurum həmçinin bəyan edir ki, araşdırmanın məqsədi onlayn bazarda rəqabət şərtlərini qiymətləndirmək və amerikalıların rəqabətli bazarlara sərbəst çıxışını təmin etməkdir.
Bu arada ABŞ-ın məşhur "The Wall Street Journal" nəşri yazıb ki, Ədliyyə Nazirliyinin araşdırması "Facebook", "Google", "Amazon" və "Apple" kimi şirkətlər üçün yeni təhlükələr yaradır.
©Report