ABŞ Prezidenti Donald Trampın BMT-nin Baş Assambleyasındakı çıxışından sonra ölkənin texnologiya nəhənglərinin bazar dəyəri təxminən 56 milyard dollar azalıb.
İnsider.az xəbər verir ki, dövlət başçısı çıxışında sosial medianın gücünün artmasının əleyhinə danışıb.
İnvestorlar bunu texnologiya nəhənglərinə qarşı siyasətin sərtləşdiriləcəyinin anonsu kimi qəbul edib. Son nəticədə fond birjalarında "Facebook" və "Amazon"un səhmləri 2,5%-dən çox, "Netflix"in səhmləri 4,4%, "Microsoft"un səhmləri isə 1,5% dəyər itirib.
©Report