abs-qosunlarini-cenubi-koreyadan-ve-yaponiyadan-cixara-biler

ABŞ qoşunlarını Cənubi Koreyadan və Yaponiyadan çıxara bilər

ABŞ Prezidenti Donald Tramp ölkə rəhbərliklərinin ordunun saxlanılması üçün ödənişləri artırmaq istəməyəcəyi təqdirdə öz qoşunlarını Cənubi Koreyadan və Yaponiyadan çıxarmağa hazırdır.

Bunu Yaponiyanın “Sankey” nəşrinə müsahibəsində D.Trampın keçmiş müşaviri Con Bolton deyib.

“Əvvəlki bütün prezidentlərdən fərqli olaraq, Tramp, həqiqətən də, qoşunların çıxarılması qərarını qəbul edə bilər”, - deyə C.Bolton qeyd edib.