abs-rochester-drug-cooperative-i-opioid-bohrani-cercivesinde-20-milyon-dollar-cerimeleyib

ABŞ “Rochester Drug Cooperative”-i opioid böhranı çərçivəsində 20 milyon dollar cərimələyib

Nyu-Yorkun Cənub dairəsinin prokurorluğu “Rochester Drug Cooperative” şirkətinin keçmiş baş icraçı direktoru Lourens Daud III və şirkətin kommersiya direktoru Vilyam Petruşevskiyə qarşı cinayət ittihamları irəli sürüb.

İnsider.az bu barədə "Vestifinance"-ə istinadla xəbər verir.

ABŞ-ın ən iri əczaçılıq şirkətlərindən birinin keçmiş top-menecerlərini sintetik opioid olan oksikodon və fentanilin qeyri-qanuni yayılmasında ittiham ediblər. On ən iri amerikalı dərman distribyutorları siyahısına daxil olan “Rochester Drug Cooperative” şirkəti 20 milyon dollar cərimələnib.

Son illərdə ABŞ-ı sintetik ağrıkəsicilərin həddən artıq dozalanma epidemiyası bürüyüb. İstintaqın aparılmasından sonra hökümət bu cür preparatları ölkədə istehsal edən və yayan iri şirkətlərə qarşı iddialar irəli sürməyə başlayıb.

Qeyd edək ki, ABŞ höküməti ilk dəfədir ki, sintetik opioid preparatlarının qəbuluna görə ölüm dərəcəsinin kəskin artımına görə özəl şirkətə cinayət ittihamları və cərimələr tətbiq edir.

Samirə Məmmədova