Rusiya ABŞ-a COVID-19 peyvəndi hazırlamaq üçün əməkdaşlıq təklif edib.
Adı açıqlanmayan Rusiya rəsmilərinin CNN-ə verdiyi məlumata görə, ABŞ Rusiyanın tibbi inkişafına “açıq olmadığını” bildirərək, bundan imtina edib.
Bildirilir ki, ABŞ-da Rusiyaya qarşı ümumi etibarsızlıq var.
Eyni zamanda, qeyd olunur ki, ABŞ rəsmilərinin fikrincə, Birləşmiş Ştatlarda Rusiya peyvəndi “o qədər yarımçıq hesab olunub ki, hətta ciddi maraq doğurmayıb”.
ABŞ-ın öz peyvəndinin sınaqlarının üçüncü mərhələsi hazırda davam edir və vaksinin ilin sonuna kimi hazır olacağı planlaşdırılır.