abs-seyahet-qaydalarini-sertlesdirmeyi-planlasdirir

ABŞ səyahət qaydalarını sərtləşdirməyi planlaşdırır

Koronavirusun Omikron ştammının yayılması ilə əlaqədar olaraq bir sıra ölkələr, o cümlədən ABŞ səyahət qaydalarını sərtləşdirməyi planlaşdırır.

Bloomberg-in mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ-a hava yoluyla gələn bütün sərnişinlər, peyvənd vəziyyətləri nə olursa olsun, yola çıxışından sonra bir gün ərzində testdən keçiriləcək.

ABŞ Prezidenti Joe Biden yeni tədbirləri, qış dövründə pandemiyanı nəzarət altına almağa dair planlarının detallarını Cümə axşamı günkü çıxışında açıqlamağı planlaşdırır.

Mövcud qaydalara görə, peyvəndlərini vurdurmuş olan sərnişinlər ABŞ-a gedərkən təyyarəyə mindikdən sonrakı üç gün ərzində koronavirus testi vermək məcburiyyətindədirlər. Dəyişikliklərdən sonra bu müddət bir günə enəcək.

Marja