ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisinin 25%-ə endirildiyini açıqlayıb.
İnsider.az xəbər verir ki, daha əvvəl Türkiyədən idxal edilən polad məhsullarına tətbiq olunan 25%-lik gömrük vergisinin niyə 50%-qaldırıldığını izah edən Tramp, əvvəlki illə müqayisədə Türkiyədən idxal edilən polad məhsullarının 48% azaldığını bildirib.
Cəmi polad idxalında 12%-lik bir azalma olduğunu qeyd edən Tramp, bu səbəbdən artıq söz mövzusu verginin yenidən 25% səviyyəsinə endirildiyini bildirib.
ABŞ rəhbərliyi, 10 Avqustda etdiyi açıqlamada, Türkiyədən polad idxalına tətbiq olunan vergini 50%-ə, alüminium idxalına tətbiq olunan vergini də 20%-ə qaldırıldığını bildirmişdi. Türkiyə isə söz mövzusu qərarın Dünya Ticarət Təşkilatının (DTT) qaydalarına zidd olduğunu bildirərək, ABŞ-ı Dünya Ticarət Təşkilatına şikayət etmişdi.
©Marja