ABŞ, Rusiyadan S-400 sistemləri aldığına görə Türkiyəyə sanksiya tətbiq etmək qərarı verib.
İnsider.az xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi, Türkiyənin Müdafiə Sənaye Nazirliyi və nazir İsmail Demirə sanksiya tətbiq edib.
Komitə ilə əlaqəli daha üç Türkiyə vətəndaşı da "qara siyahı"ya daxil edilib.
Türkiyənin Müdafiə Sənaye Nazirliyi ABŞ-dan ixrac lisenziyası ala bilməyəcək, Amerikanını maliyyə təşkilatlarından və beynəlxalq təşkilatlardan kredit istifadə edə bilməyəcək. Həmçinin EXIM Bank kreditlərini də istifadə edilə bilməyəcəkdir.
Marja