abs-ve-cin-arasinda-ticaret-anlasmazligi-derinlesir

ABŞ və Çin arasında ticarət anlaşmazlığı dərinləşir

Çinin rəsmi xəbər agentliyi Xinhua-nın yaydığı xəbərdə bildirilir ki, ABŞ-ın iqtisadi tələbləri Çinin "təməl prinsiplərinə" ziddir.

İnsider.az xəbər verir ki, ABŞ və Çin arasında ticarət anlaşmazlığı dərinləşir. Vaşinqton ABŞ-ın sahib olduğu texnologiyanın mənimsənildiyini, əqli və sənaye mülkiyyət hüquqlarının pozulduğunu bildirir. 

Hazırda ABŞ və Çin arasında ticarət danışıqları Çinin xarici şirkətlərə dair tələblərinə fokuslanıb. Rəsmi Pekin ABŞ-ın Çinin iqtisadi quruluşuna dair ana şikayətinin "təməl prinsiplərə" zidd olduğunu bildirib.

Çin rəsmiləri bildiriblər ki, iqtisadi quruluşa dair mövzular müzakirəyə açıq deyil. Çin ABŞ-ın iqtisadi tələblərinə boyun əyməyəcək.

Çinin rəsmi xəbər agentliyi Xinhua-da verilən bir şərhdə Çinin iqtisadiyyatını necə istiqamətləndirəcəyinə dair bütün qərarları özünün verəcəyi vurğulanıb.

©"Marja"