Sosial şəbəkələrdə ABŞ vitse-prezidenti Kamala Harrisin qalmaqallı görüntüləri yayılıb.
Video Cənubi Koreya prezidenti Min Çje İnlə görüş zamanı qeydə alınıb.
Görüntülərdə xanım Harrisin Cənubi Koreya dövlət başçısı ilə əl sıxışdıqdan sonra öz əlini pencəyinin ətəyinə sürtərək silməsi əks olunub.
Şəbəkə istifadəçiləri ABŞ-ın ikinci rəsmi şəxsini tənqid edib və onun belə yüksək vəzifə üçün hazır olmadığını bildiriblər.