abseronun-bir-hissesinin-qaz-techizatinda-fasile-yaranacaq

Abşeronun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

Sabah Abşeron rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

“Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah-Qaradağ” yüksəktəzyiqli Magistral Qaz Kəmərinin müəyyən hissələrinin dayaqlar üzərinə qaldırılması ilə bağlı 02.09.2022-ci il tarixində saat 08:00-dan işlər başa çatanadək “Novxanı” və “Mehdiabad” QPS-lərdən, “SOCAR PETROLEUM” QSC-yə məxsus 20 saylı yanacaq doldurma məntəqəsi ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Novxanı kəndinin, Bağlar massivinin və Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.