Bu gün Abşeron rayonunun Müşfiqabad, 28 May və Qaraheybət qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, bunun səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.