Azərbaycan Banklar Assosiasiyası (ABA) ənənəvi Bankçılıq mükafatları-nı açıqlayıb. AccessBank 2022-ci ildə Ən fəal maliyyə savadlılığı dəstəkçisi nominasiyası üzrə qalib gəlib. Bank nominasiyanı ötən il həyata keçirdiyi Access2Success layihəsinə görə əldə edib. AccessBank bu layihəni qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirib. Bankın məqsədi mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləmək olub.
Layihədə ötən il iştirak üçün 250-ə yaxın namizəd müraciət edib. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatılmaq hüququ əldə edib. Bakı, Xırdalan və Ağdam şəhərlərini təmsil edən qadın sahibkarlar biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, ənənəvi və rəqəmsal marketinq, elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edən aparıcı mövzularda ekspertlərdən təlimlər alıblar.
Qeyd edək ki, AccessBank əsas səhmdarı olan Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə növbəti aylarda Access2Success – 2 layihəsinə başlayacaq. Layihənin şərtləri və qeydiyyat barədə tezliklə məlumat veriləcək.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.