AccessBank PricewaterhouseCoopers beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Göstəricilər ilə tanış olmaq üçün: Bank rəqəmlərdə (accessbank.az)
2021-ci ilin sonunda bankın xalis mənfəəti 4.3 milyon manat təşkil edib.
Hesabata əsasən, 31 dekabr 2021-ci il tarixinə bankın aktivləri 889 milyon manat təşkil edib ki, onun da mühüm hissəsi kredit portfelində cəmləşib - 67%.
Bankın kredit portfeli 30% artaraq 598 milyon manata çatıb. 2020-ci illə müqayisədə kredit portfelinin artması hesabına xalis faiz gəlirləri də 3.8 milyon manat artıb.
Ümumi depozit portfeli 10% artaraq 707 milyon manat təşkil edib.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.