Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayır.
Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/
Aktivləri 1 milyard manatı keçmiş Bank, son rüb ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. AccessBank son rüb ərzində əməliyyat gəlirlərində kəskin artıma nail olub.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bank göstəricilərini şərh edərkən bildirdi ki, Bankın əsas məqsədi inkişaf edərək həm daha yüksək nəticələr, həm də daha keyfiyyətli xidmət göstərməkdir: ”Bir il ərzində xalis əməliyyat mənfəətinin kəskin artımı daima üzərimizdə işləməyimizin bəhrəsidir. Biz anlayırıq ki, artan təkcə rəqəmlər deyil, həm də müştəri məmnuniyyəti və rəqabətdir. Bazarda mikromaliyyələşdirmə lideri olmaqla yanaşı, həm də pərakəndə bankçılıq xidmətlərini təkmilləşdirməyimiz öz nəticəsini artıq göstərir. Məqsədimiz daha çox inkişaf və daha yüksək xidmətdir.”
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.