accessbank-azerbaycanin-erazi-butovluyunun-berpasi-ucun-200-min-manat-iane-edir

“AccessBank” Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün 200 min manat ianə edir

Hazırda Azərbaycan xalqı və Milli Ordu ölkənin ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır.

Mövcud vəziyyəti nəzərə alaraq “AccessBank” Vətənin bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə zərər çəkmiş şəxslərə yardım məqsədilə ilkin mərhələdə 200 min manat vəsait ayırır. Bu vəsait hərbi hospitallara və cəbhəyani ərazilərdə yaralılara təcili tibbi yardım göstərmək üçün dərman və tibbi ləvazimataların alınmasına xərclənəcək. Vəsaitin bir hissəsinə isə hərbçilərin ilkin ehtiyaclarını ödəmələri üçün mallar alınacaq.   

“AccessBank” işğal altında olan torpaqları azad etməyə davam edən Azərbaycan xalqını və ordusunu dəstəkləyir. Bankın rəhbərliyi və kollektivi bütün azərbaycanlıları işğal altında olan ərazilərin azad edilməsi münasibətilə təbrik edir və ölkənin ərazi bütövlüyünün yaxın gələcəkdə tam bərpa olunacağına və hər bir azərbaycanlının öz evinə qayıdacağına inamını bildirir.