“AccessBank” QSC-nin mikrobiznesin inkişafı üzrə Baş Direktor vəzifəsinə təyinat olduğu bildirilir.
Banka yaxın mənbədən əldə edilmiş məlumata görə, 2020-ci ilin yanvar ayından etibarən Səbuhi Süleymanov bu vəzifəyə təyin olunub.
Buna qədər bu vəzifəni isə Elşən Pirmaliyev tuturdu.
S.Süleymanovla yanaşı “AccessBank”da Natia Beriada Baş Direktor kimi qalır. O, AccessBank-da öz fəaliyyətinə 2019-cu ilin aprel ayında baş direktor vəzifəsində başlayıb.
Səbuhi Süleymanlı “AccessBank”da iş fəaliyyətinə 2005-ci ilin oktyabr ayında mikrokreditləşmə üzrə mütəxəssis kimi başlayıb. 2007-ci ildən müxtəlif filiallarda baş kredit mütəxəssisi, Kiçik və Orta Biznes Kreditləri departamentinin mütəxəssisi vəzifələrində çalışıb, 2010-cu ildə filial direktoru vəzifəsinədək yüksəlib. 2014-cü ildən 2017-ci ilədək filial rəhbəri olmaqla yanaşı regional menecer, məhkəmə qərarları icrasının müşahidəsi və xüsusi işlər üzrə rəhbər vəzifəsində çalışıb. 2017-ci ildə Maliyyə Restrukturizasiya və Kreditlərin Bərpası departamenti direktorunun müavini, 2018-ci ilin yanvar ayında isə həmin departamentin direktoru təyin olunub. 2019-cu ilin aprel ayından etibarən Maliyyə Restrukturizasiya və Kreditlərin Bərpası üzrə İcraçı Direktoru vəzifəsinə təyin edildi və həmin vəzifədə bütün göyulmuş illik hədəflərə uğurla çatdı.
Səbuhi Süleymanlı Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və Hüquq” fakültəsinin inzibati idarəedici ixtisası üzrə bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitirib.
Azərbaycan, rus və ingilis dillərini bilir.
©"Banker"