accessbank-dan-huquqi-sexsler-ucun-komissiyasiz-xidmet

AccessBank-dan hüquqi şəxslər üçün komissiyasız xidmət!

AccessBank son dövrlər xaricə köçürmə əməliyyatlarında çətinliklərlə üzləşən hüquqi şəxs və fərdi sahibkarlar üçün xüsusi xidmət təklif edir.

Xidmətə əsasən, yeni müştərilər -  hüquqi şəxslər və fərdi sahibkarlar AccessBank hesabları vasitəsilə xaricə ABŞ dolları və Avroyla SWIFT əməliyyatları həyata keçirərkən heç bir komissiya haqqı ödəməyəcəklər.

Təklif yeni müştərilərin ilk ay ərzində məcmu halda 200 000 AZN ekvivalentindən artıq olmayan köçürmələrinə şamil edilir.

Qeyd edək ki, AccessBankı-ın Amerika və Avropanın nəhəng maliyyə qurumlarında xarici valyutada müxbir bank hesabları var.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.