accessbank-dan-yeni-sahibkarlar-ucun-50-e-qeder-endirim-kampaniyasi

AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası

Sizin yerli Avropa bankınız – AccessBank biznes müştəriləri üçün əlverişli endirim kampaniyasına start verir.

Kampaniya çərçivəsində yeni biznes müştəriləri üçün AccessBankın internet səhifəsində dərc edilmiş komissiyalar əvəzinə ölkə daxilinə yalnız internet bankinq üzrə olan köçürmələr üçün 0.04% (min.0,4 AZN - max. 50 AZN), ölkə xaricinə hər köçürmə əməliyyatı üzrə isə 0.15% (min. 30 USD ekv. - max. 200 USD ekv.), eləcə də nağd vəsaitin verilməsi üzrə 0.3%, MyCard Business kartının sifarişi üçün isə cəmi 10 AZN komissiya təklif edilir. 

Sahibkarlar üçün hər valyutada ilk biznes hesabının açılması komissiyasızdır. Əmək haqqı layihələri üzrə əmək haqqı kartları - ödənişsizdir.

Ölkədə sahibkarlıq fəaliyyətinə dəstək üçün nəzərdə tutulan yeni, müştəriyönümlü  kampaniyamız 1 aprel 2024-cü ilə qədər qüvvədədir.

AccessBank-ın yeni müştərisi olmaq üçün bankın filiallarına müraciət etmək və ya linkdəki forumu doldurmaq kifayətdir. Məhsul haqqında əlavə məlumatları accessbank.az saytından, Bankın sosial media hesablarından (Facebook, Instagram, LinkedIn) , həmçinin 151 Əlaqə mərkəzinə zəng edərək əldə etmək mümkündür.

Artıq 21 ildir Azərbaycanın bank sektorunda fəaliyyət göstərən AccessBank, 25 oktyabr 2002-ci il tarixində Mərkəzi Bank tərəfindən verilmiş 245 saylı lisenziya əsasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır.  Bankın 14-ü Bakıda, 18-si bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir.