accessbank-genc-atletlere-destek-oldu

AccessBank gənc atletlərə dəstək oldu

18-19 avqust tarixlərində Almaniyanın Mannheim şəhərində Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının təşkilatçılığı ilə məktəblilər arasında beynəlxalq turnir keçirilib.

Turnirdə Almaniya, İngiltərə, İrlandiya, İsveç, İsveçrə, Şotlandiya və Belçikadan 500-dən çox atlet iştirak edib.

Turnirdə Azərbaycanı AccessBank-ın dəstəyi ilə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın komandası təmsil edib.

Komanda 560 kg çəki dərəcəsində mübarizə aparıb və təşkilat komitəsi tərəfindən bürünc medalla mükafatlandırılıb.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 17-si bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.