“AccessBank” QSC-də Marketinq, Korportativ əlaqələr və Əlaqə mərkəzi departamentlərini kurasiya edən icraçı direktorun öz komandası ilə digər banka transferlərindən sonra yeni vəzifə təyinatı ilə bağlı məlumat yayılıb.
Məlumata görə, “AccessBank” Marketinq departamentinə direktorluq vəzifəsini Ceyhun Atayev adlı şəxsə həvalə edir.
C.Atayev 2014-cü ildən bank sferasına daxil olub. “PAŞA Bank” ASC-də Davamlı İnkişaf məsələləri üzrə Baş Meneceri vəzifəsində çalışıb.
Yeni direktor olacaq Atayev Amerika Birləşmiş Ştatlarının Minnesota Universiteti və Şotlandiyanın Sterlinq Universitetlərindən ali təhsil dərəcələrinə yiyələnib.
© Banker