Əməkdaş və müştərilərinin təhlükəsizliyə önəm verən “AccessBank” bu aydan etibarən mülki müdafiə təlimlərinə start verib.
Bu dəfəki təlimlər Bankın Salyan, Cəlilabad və Lənkəran filiallarında baş tutub. Seminarların əsas məqsədi filial əməkdaşlarını təhlükəsizlik və ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmaqdır.
“AccessBank”ın İdarə Heyəti Sədrinin Birinci Müavini Yevqeniya Qaşikulina filial əməkdaşları ilə görüşərək, bu tip seminarların keçirilməsinin əməkdaş və müştərilərin təhlükəsizliyi üçün vacibliyini vurğulayıb. Xanım Qaşikulina Bankın əməkdaşlarını həmçinin işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi münasibətilə də təbrik edib.
Qeyd edək ki, “AccessBank” Qarabağ ətrafında baş verən cari hadisələrlə əlaqədar olaraq, mülki müdafi təlimlərinə start verib. Xüsusi peşəkar təlimçilər tərəfindən həyata keçirilən seminarlar ilk olaraq Bankın cəbhəyani, həmçinin hücumlara məruz qalan digər bölgələrində yerləşən filiallarında baş tutub. Təlimlər “AccessBank”ın digər filiallarında da həyata keçiriləcək.