"AccessBank" maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Tender "Oracle Database Standard Edition" üzrə illik abunə dəstəyi üçün elan olunub.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün procurement@accessbank.az elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 7 avqust 2020-ci il tarixində, saat 18:00-da başa çatır.