accessbank-sahibkarlara-munasib-faizle-biznes-kreditleri-teklif-edir

“AccessBank” sahibkarlara münasib faizlə biznes kreditləri təklif edir

Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank” kiçik və ya orta bizneslə məşğul olan sahibkarlara karantin rejimi ilə əlaqədar işgüzar aktivliyin endiyi dönəmdə dəstək olmaqda davam edir. Bankın Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə verdiyi biznes krediti 7.5% faiz dərəcəsi ilə, 36 ayadək müddətədək almaq mümkündür. 200.000 AZN-dək verilən biznes krediti girovsuz əldə edilir. Kredit yalnız pandemiyadan zərər çəkmiş fərdi və hüquqi şəxslər üçün nəzərdə tutulub.

Biznes kredit əldə etmək üçün: https://e-edf.gov.az/#/

“AccessBank”ın iş adamları üçün nəzərdə tutduğu digər məhsul isə “Overdraft”dır. “Overdraft” müvəqqəti olaraq vəsaitə ehtiyacı olan sahibkarlar üçün qısamüddətli kredit məhsuludur. Bu məhsulun köməyi ilə “AccessBank” müştərilərinə - hüquqi şəxslərə cari hesabdakı vəsaitdən daha artıq məbləğlərdə maliyyə əməliyyatları aparmaq imkanı yaradır. “Overdraft” limiti müştərinin hesabları üzrə dövriyyəsindən asılı olaraq razılaşdırılır və 6-12 ay müddətinə təqdim olunur. “Overdraft” müştəri tərəfindən bir neçə dəfə, tam və ya qismən, təyin olunmuş müddət və məbləğ çərçivəsində istifadə oluna bilər.

“Overdraft”ın üstünlükləri:

• 200.000 AZN-ə qədər məbləğin girovsuz verilməsi

• yalnız istifadə edilmiş məbləğə faizlərin hesablanması

• illik 12%-dən başlayan faiz dərəcələri

• borcun avtomatik silinməsi və “Overdraft” limitindən təkrar istifadə

• qeydiyyatın operativliyi və tələb olunan sənədlərin minimallığı

 

 “Overdraft” haqqında ətraflı məlumat əldə etmək üçün: 

https://accessbank.az/ru/online-loan-request/?type=business

Digər korporativ məhsullar haqqında məlumat əldə etmək üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yaza bilərsiniz. Məhsullar haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və ya sosial media hesablarından əldə edə bilərsiniz.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Hazırda “AccessBank” tikinti, nəqliyyat, kənd təsərrüfatı, tibb kimi müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.