“AccessBank” QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.Tender video müşahidə sistemi üçün server və yaddaş qurğularının alınması ilə əlaqədar elan olunub.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün procurement@accessbank.az elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 6 noyabr 2020-ci il tarixində saat 18:00-da başa çatır.