accessbank-xidmetlerinden-en-cox-istifade-edilen-banklarin-top-besliyinde

AccessBank xidmətlərindən ən çox istifadə edilən bankların top  beşliyində!

AccessBank xidmətlərindən ən çox istifadə edilən top beş bankın siyahısına daxildir. Sosial Tədqiqatlar Mərkəzinin (STM) Azərbaycan üzrə apardığı sorğunun nəticələri belə deməyə əsas verir.

STM 24 avqust - 6 sentyabr 2021-ci il tarixlərində ölkə miqyasında əhali arasında telefon sorğusu keçirib. Kreditlər və ümumi bank xidmətləri ilə bağlı keçirilən sorğuda 1069 respondent iştirak edib. Respondentlər arasında son 1 ildə xidmətlərindən ən çox istifadə edilən banklar sırasında AccessBank top beşlikdə qərarlaşıb.

Sorğuda əminlik intervalı 95.0%, statistic xəta əmsalı 3.0% təşkil edib.

Sorğu haqqında ətraflı məlumat əldə etmək üçün:

https://stm.az/az/news/768/stm-kreditlerle-bagli-sorgu-kecirdi

Sosial Tədqiqatlar Mərkəzi ölkədə baş verən ictimai-siyasi, iqtisadi, mənəvi və digər sahələrdə baş verən proseslər haqqında sorğular keçirir, ictimai rəyi ölçür və ictimaiyyətə, müvafiq hökumət qurumlarına açıq və qapalı arayışlar təqdim edir.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.