Asiya inkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 11,5% olacağını proqnzolaşdırır.
Bu bardə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu göstərici ADB-nin aprel proqnozu ilə müqayisədə 4,5 faiz bəndi çoxdur.
Bank gələn il Azərbaycanda inflyasia ilə bağlı proqnozunu da 1,7 faiz bəndi artıraraq 7%-ə çatdırıb.
ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 11,5 % (2,7 faiz bəndi çox), gələn il isə 8,5 % (1,4 faiz bəndi çox) olacağını gözləyir.
Report