Asiya İnkişaf Bankı (ADB) Gürcüstana yeni avtomobil yolunun inşasına 415 mln. ABŞ dolları həcmində kredit ayrılmasını təsdiq edib.
İnsider.az xəbər verir ki, bu barədə AİB məlumat yayıb.
Vəsait Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə yönəlmiş Kveşeti-Kobi magistral avtomobil yolu layihəsinin maliyyələşdirilməsinə sərf olunacaq.
AİB-dən bildirilib ki, layihə Gürcüstan üçün genişmiqyaslı planın tərkib hissəsi olmaqla yanaşı ölkənin nəqliyyat şəbəkəsinin inkişaf etdirilməsi, bölgədə ticarət və turizm habına çevrilməsinə töhfə verəcək: “Bu dəhliz Gürcüstan, Ermənistan və regional ticarət tərəfdaşları üçün vacib tranzit yoldur. Bu yol Şərq-Qərb avtomagistralı ilə kəsişməklə, həmçinin Mərkəzi Asiyanı Avropa və Şərqi Asiya ilə birləşdirən ən qısa yoldur”.
Uzunluğu 23 kilometr olan Kveşeti-Kobi avtomobil yolu hissəsinin inşasına 2020-ci ildə başlanılması planlaşdırılıb.
©Report