Asiya İnkişaf Bankının (ADB) üzvü olan maliyyə nazirlikləri ilə əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın təkmilləşdirilməsi üçün çox vacibdir.
Asiya İnkişaf Bankının (ADB) iqlim dəyişikliyi və dayanıqlı inkişaf departamentinin iqlim dəyişikliyi məsələləri üzrə direktoru Noel O'Brayen bankın 57-ci illik toplantısı çərçivəsində “Dayanıqlı Satınalmalar – ADB-nin iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması və onlara uyğunlaşma məqsədlərinə töhfəsi” mövzusunda keçirilən tədbirdə deyib.
“ADB artıq təşəbbüsün icrasına başlayıb ki, biz iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə nazirlərinin qlobal koalisiyası ilə işimizi uyğunlaşdırırıq və bir sıra regional şəbəkələrlə işləyirik. Bunun bu dəyişikliklərə nail olmaq üçün mühüm yanaşma olduğunu hesab edirik”, - o bildirib.
Report