adidas-loqosundan-her-kes-istifade-ede-bilecek

"Adidas" loqosundan hər kəs istifadə edə biləcək

Avropa İttifaqı (Aİ) Baş Məhkəməsi, "Adidas"ın 3 xətli loqosunun fərqləndirici xarakter daşımadığı və bu səbəbdən də ticarət markası olmadığı barədə qərar çıxarıb. Loqodan hər kəsin istifadə edə bilməsinə qərar verilib.

İnsider.az xəbər verir ki, Mərkəzi Lüksemburqda yerləşən Aİ-nin ən ali məhkəməsi Avropa Ədalət Məhkəməsinə daxil olan Ali Məhkəmə, Almaniyanın idman geyim və ayaqqabı şirkəti "Adidas"ın loqosu haqqında qərar çıxarıb.

Məhkəmə hər hansı bir istiqamətdə tətbiq olunan üç paralel xətdən ibarət olan "Adidas" loqosunun fərqləndirici xarakter daşımadığı və bu səbəbdən də ticarət markası olmadığına qərar verib.

"Adidas" sözügedən loqosunu 2014-cü ildə Avropa İttifaqı Əqli Mülkiyyət Ofisində ticarət markası olaraq qeydiyyatdan keçirdib. Bir Belçika şirkəti isə 2016-cı ildə sözügedən qeydiyyatı ləğv etdirib.

Qeyd edək ki, "Adidas" ləğv qərarına qarşı hüquqi proses başladıb.

©Marja