Almaniyanın idman geyimi istehsalçısı “Adidas” özünün törəmə şirkəti olan “Reebok”un satışına dair saziş imzalayıb.
Bu barədə “Adidas” tərəfindən bəyanat yayılıb.
Bəyanatda “Reebok”un ABŞ-ın “Authentic Brands Group” şirkətinə satıldığı bildirilib. Həmçinin, müqavilənin dəyərinin 2.1 milyard avro olduğu qeyd edilib.
Satış əməliyyatının 2022-ci ilin ilk rübündə tamamlanacağı vurğulanıb.
Xatırladaq ki, “Adidas” “Reebok”u 2006-cı ildə əldə edib.