aerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Aərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7549 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 659, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 521, üç və daha çox doza vaksin vurduranların sayı 5928, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 441 nəfərdir.