Azərbaycanın aparıcı banklarından olan “AFB Bank” ASC “WoWoman Azerbaijan” üzvləri üçün təlim təşkil edib.
“Maliyyə hesabatları” adlı təlim “AFB Bank” əməkdaşları tərəfindən aparılıb. “WoWoman Azerbaijan” üzvlərinə balans, mənfəət və zərər və nəğd pul hesabatları haqqında ətraflı məlumat verilib.
İnteraktiv şəkildə keçən təlimin nəzəri hissəsindən sonra iştirakçılar tapşırıqlar yerinə yetirərək, öyrəndikləri bilikləri möhkəmləndiriblər.
Qadınların cəmiyyətdəki mövqeyinin gücləndirilməsini dəstəkləyən “AFB Bank” qadınların inkişafı və marifləndirilməsi üçün yaradılmış “WoWoman Azerbaijan” platformasında gələcəkdə də bu kimi təlimləri davam etdirmək niyyətindədir.
28 noyabr 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Azərbaycan bank bazarının subyektlərindən biri kimi “AFB Bank” Açıq Səhmdar Cəmiyyəti ölkə iqtisadiyyatını və hökümətimizin monetar siyasətini dəstəkləməklə yanaşı, daim dinamik inkişafa hədəflənmiş səmərəli və təmkinli və ölçülü fəaliyyətə üstünlük verir.